Sami Yusuf BMT-nin aclıqla mübarizə üzrə elçisi təyin olundu

27 Avqust 2014 09:03 (UTC+04:00)


APA-nın BMT İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, S.Yusuf uzun müddət ÜƏP-in fəaliyyətini dəstəkləyib və albomlarının satışından əldə etdiyi gəlirlərlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib, BMT əməkdaşları ilə birlikdə Misir və İordaniyada suriyalı qaçqınlara yardım çatdırılmasını müşahidə edib.

Qeyd edək ki, S.Yusuf Tehranda azərbaycanlı ailəsində doğulub. Üç yaşında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb.

AzNews.az