Müğənni Sevdadan şok açıqlama

27 Avqust 2014 10:47 (UTC+04:00)

Axşam.az xəbər verir ki, sənətçinin şəkildə hamilə olduğu diqqət çəkib. İzləyiciləri bu münasibətlə onu təbrik edib, S.Sanəliyeva isə təşəkkürünü bildirib.

Xatırladaq ki, S.Sanəliyeva bu ilin iyununda iş adamı ilə ailə həyatı qurub. Bununla belə, o, bəlli olmayan səbəblərdən toyunun olmasını inkar etmiş, bunu yalan adlandırmışdı.

***

Gecce.az-a özəl açıqlama verən sənətçi sözügedən şəkildən danışıb.

"Bəli, ana olacağam. Doğulacaq övladım 3 aylıqdır.Gələn ilin mart ayında dünyaya göz açacaq.Toy xəbərimi bəzi səbəblərdən gizlətdim. Amma hər kəs bilir ki, qayda-qanunla ərə getmişəm. Nikah şahidim də yaxın rəfiqəm, teleaparıcı Lalə Əlimuxtarova olub. Övladımın cinsiyyətini isə gələn həftə biləcəm".



AzNews.az