“Əlimdən başqa iş gəlmir, nə edim axı..?” - Elçin Şıxlı

27 Avqust 2014 12:34 (UTC+04:00)


Bunu AzVision.az-a açıqlamasında fəaliyyəti dayandırılan "Ayna"- "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.

Jurnalistikadan birdəfəlik getməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirən E.Şıxlı bildirib ki, rəhbərlik etdiyi mətbu orqanların fəaliyyətini birdəfəlik dayandırsa da, o jurnalistlik fəaliyyətini davam etdirəcək:

"Jurnalistikadan gedəcəm deyəndə, fəal jurnalistikadan getməyi nəzərdə tutmuşam. Yəni, qəzet çapını dayandıracağam. Yaxın günlərdə qəzetləri birdəfəlik bağlamaq haqda elan verəcəyəm".

Bundan sonra hansı işlə məşğul olacağına gəlincə Elçin Şıxlı hələ qərar vermədiyini bildirib.

"Hansı işlə məşğul olacağımı hələ bilmirəm. Mənim əlimdən gələn iş jurnalistlikdir axı, görüm özümə nə iş tapıram indi", - deyə o əlavə edib.

AzNews.az