Pakistan mediası Mehriban Əliyevadan - YAZDI

27 Avqust 2014 13:30 (UTC+04:00)
və urdu dilində "Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun xaricdə ilk layihəsi" adlı məqalələr dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalələrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın 26 avqust tarixində tanınmış ziyalılar ailəsində anadan olduğu vurğulanıb, Mehriban xanımım aldığı təhsil, əmək fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumatlar verilib.

Yazıda Mehriban Əliyevanın 1990-cı illərinin ortalarında hazırda "Azərbaycan-İRS" jurnalını dərc edən Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratdığı və bu təşkilat vasitəsilə Azərbaycan mədəniyyətini təbliğ etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2004-cü ilin 10 may tarixində ümummilli lider Heydər Əliyevin adını daşıyan fondun prezidenti vəzifəsinə təyin olunduqdan sonra xeyriyyəçilik fəaliyyətini genişləndirib. Fondun fəaliyyətinin əsas istiqamətləri yeni nəslin milli ruhda tərbiyə edilməsi, təhsil, səhiyyə, mədəniyyət və sosial sektorlardır.

Məqalədə mədəniyyət istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülmüş işlərdən geniş bəhs olunub. Bu işlər sırasında Qəbələ Beynəlxalq Musiqi festivalı, məşhur Azərbaycan musiqi ustalarının albomlarının buraxılması, Nəsirəddin Tusinin "Əxlaqi-Nasir" kitabının nəşr edilməsi, türk dünyası üçün xüsusi önəm kəsb edən "Qabusnamə"nin Azərbaycan və rus dillərində nəşr edilməsi, muğama aid bir sıra nəşrlərin dərc olunduğu bildirilib.

Daha sonra yazılarda Azərbaycan və dünya irsinin qorunub saxlanması və təbliği istiqamətində görülmüş işlər barədə məlumatlar verilib. Müasir İncəsənət Muzeyinin yaradılması, Strasburq Kafedral kilsəsinin bərpası, Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi, Versal sarayında təmir işlərinin aparılması, fondun Vatikan ilə Roma katakombalarının yenidən qurulması, qədim əlyazmaların bərpası, Zefs heykəlinin təmiri və bu kimi digər işlər qeyd olunub.

Azərbaycanda bütün dinlərin təmsilçilərinin harmoniyada yaşadığı bildirilib, Azərbaycanın birinci xanımı dinlərarası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı olub. Mehriban Əliyeva "Azərbaycan Tolerantlığın Evidir" proqramı çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik, ortodoks və yəhudi dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarı, həmçinin icraçısı olub.

"Diplomatik Star"da 2013-cü ildə "Azərbaycanın Təbliği" proqramı çərçivəsində Fond tərəfindən Florensiya, Roma, Ştutqart, Strasburq, Köln və Hamburqda keçirilmiş silsilə mədəniyyət tədbirləri barədə geniş bilgilər verilib. Bildirilib ki, bununla yanaşı, Fransanın Kann şəhərində "Azərbaycan - ənənələr və gələcək məkanı" adlı sərgi, Avropa Şurasının qərargahında "Azərbaycan mədəniyyət xəzinəsi - Qafqazın mirvarisi" adlı proqramı çərçivəsində sərgi təşkil edib.

Yazılarda Mehriban xanım Əliyevanın humanitar sahədə gördüyü işlərdən bəhs edilib, Ermənistanın işğalını ifşa edən və bu işğalın acı nəticələrini açıqlayan bir sıra tədbirlər təşkil etdiyi qeyd olunub. Eyni zamanda, Quba Soyqırım memorial kompleksinin yaradılmasında yaxından iştirak edib, ermənilərin 1918-ci ildə qondarma soyqırımı iddialarının ifşa olunması istiqamətində görülmüş işlər haqqında məlumat verilib.

Yazıda Mehriban xanım Əliyevanın Azərbaycanın folklor ədəbiyyatı və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə ISESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü bildirilib.
Məqalədə, həmçinin Fondun diqqət mərkəzində olan idman sahəsinə xüsusi diqqət göstərilərək bildirilib ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan xanım Mehriban Əliyevanın nüfuzu sahəsində 2003, 2004 və 2005-ci illərdə gimnastika üzrə dünya çempionatları və 2007 və 2009-cu illərdə Avropa çempionatları Bakıda keçirilib.

Pakistan mətbuatında dərc edilmiş yazılarda Mehriban Əliyevanın Avropanın ən mötəbər mahnı müsabiqəsi olan "Eurovision 2012"-nin Bakıda keçirilməsinə rəhbərlik etdiyi qeyd olunaraq bildirilib ki, Azərbaycana gəlmiş çoxsaylı qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyi ilə tanış olmaqla yanaşı, yüksək səviyyədə təşkil olunmuş müsabiqədən çox razı qaldıqlarını və Bakının gözəlliklərindən heyran olduqlarını vurğulayıblar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə bir sıra dövlətlərin orden və medalları ilə təltif olunduğu da vurğulanıb. Bildirilib ki, onların sırasında Pakistanın "Şəhid Benzair Bhutto" adına mükafat da var.

Urdu dilində dərc edilmiş yazının əksər hissəsi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda icra edilmiş layihələrə həsr olunub. Bildirilib ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra məktəbə Mehriban Əliyevanın adı verilib.

Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyi vurğulanıb.

AzNews.az