Mübariz Qurbanlının mandatına xitam veriləcək

27 Avqust 2014 14:31 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Şahin Əsədli "Media forum" saytına bildirib ki, bu məsələyə komissiyanın növbəti iclasında baxılacaq.

Qeyd edək ki, iyulun 21-də prezident İlham Əliyev Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib.

Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz.

Mübariz Qurbanlı parlamentdə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsini təmsil edir.

AzNews.az