Neftçiyə şad xəbər

13 Sentyabr 2012 09:42 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Avropa Liqasında Bakı "Neftçi"si ilə eyni qrupda olan Serbiyanın "Partizan" klubu "Maçva" ilə yoxlama oyunu keçirib. Yerli "Maçva" klubu ilə görüşdə qüvvəsini sınamaq istəyən "partizanlar" zəif təsir bağışlayıb.

Qeyd edək ki, paytaxt klubunun əyalət komandası ilə oyuna tam heyətlə çıxmaması oyuna təsirsiz ötüşməyib. "Partizan"ın bu oyununa baş məşqçinin köməkçisi Aleksandr Roqiç rəhbərlik edib. Hesab "partizanlar"ı kədərləndirib – 1:2. Oyunda Neftçi rəqiblərindən yalnız Mohammed Zabia fərqlənib. "Maçva"nın qapısından yeganə topu o keçirib.

AzNews.az