Qırıcı təyyarə qəzaya uğradı

27 Avqust 2014 19:48 (UTC+04:00)
ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-15C tipli qırıcı təyyarə Virciniya ştatında qəzaya uğrayıb, pilotun taleyi naməlumdur.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalı xəbər yayıb.

Qəzaya uğrayan hərbi təyyarə Massaçusets ştatında Hərbi-Hava Qüvvələrinin Milli Qvardiya bölməsinin tərkibində olub.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

AzNews.az