Ramil Usubovdan yeni təyinat: Yol polisində dəyişiklik edildi

28 Avqust 2014 07:58 (UTC+04:00)
AzNews.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə Xətai rayonun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi Qəhrəman Qələndərov vəzifəsindən azad edilərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xətai rayonun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi vəzifəsinə isə yeni təyinat əmri verilməyib.

Qəhrəman Qələndərov AzNews.az-a açıqlmasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) rəis müavini Rəşadət Babayev bir neçə ay əvvəl nazirin müvafiq əmri ilə DYP-nin Yol-Patrul Xidməti alayının komandiri təyin edilib.

Amid
AzNews.az