Ziya Məmmədovun ailəsində bədbəxt hadisə - Fotolar (Yenilənib)

28 Avqust 2014 09:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, mərhumun cənazəsi Qazıqumlaq kəndinə aparılıb. Bu saatlarda Məmmədovlar ailəsi kəndə dəfn üçün toplaşıblar.

Xatırladaq ki, qəzada həlak olan xanım nazirin Loğman adlı qardaşının qızıdır. Onun 40-a yaxın yaşı olub.

Qeyd edək ki, mərhumun atası hazırda Türkiyədədir və ağır əməliyyat keçirib.

***
11:18

Ziya Məmmədovun qardaşı qızı dünyasını dəyişib.

AzNews.az oxu.az-a istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Bakı-Quba magistral yolunda baş verib. Nazirin qardaşı qızının olduğu minik avtomobili ağır yüklü maşınla toqquşub. Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb.

Qeyd edək ki, mərhumun həyat yoldaşı "Garant Holding"in Müşahidə Şurasının üzvü Emil Ələsgərovdur.

***

Mərhum xanım nazirin Loğman adlı qardaşının qızıdır.

AzNews.az