Azərbaycan ilk dəfə Dünya Neyroradioloqlar simpoziumunda - FOTO

28 Avqust 2014 10:23 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, neyroradioloqların növbəti toplantısının keçirilməsinə bu dəfə Türkiyə Respublikası nail olub. Azərbaycanı bu mötəbər tədbirdə ilk dəfə N.Tusi adına Klinikanın şüa diaqnostikası şöbəsinin müdiri, tanınmış radioloq Yunis Əfəndiyev təmsil edəcək.

Klinikadan verilən məlumata görə, Yunis Əfəndiyev simpoziumun təşkilat komitəsinin üzvü olmaqla yanaşı, eyni zamanda həmin tədbirə əsas məruzəçilərdən biri kimi dəvət alıb. Toplantıda dünyanın bir çox neyroradioloqları, o cümlədən M.Hakman ( ABŞ), C.Barkoviç (ABŞ), A.Osborn (ABŞ) kimi mütəxəssislər də iştirak edəcəklər.



AzNews.az