Azərbaycan qonşuları ilə münasibətlərə xələl gətirilməsinə yol verməyəcək -XİN

28 Avqust 2014 10:52 (UTC+04:00)
Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə axşamı brifinqdə bəzi kütləvi informasiya vasitələrinin İran üzərində vurulan İsrailin pilotsuz təyyarəsinin guya Azərbaycan ərazisindən buraxıldığı barədə yaydığı məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Bakı qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaradılması zamanı məhz bu prinsipləri rəhbər tutur.

AzNews.az