Prezident yeni yolun açılışında iştirak etdi

28 Avqust 2014 12:43 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, ikinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni isə 15 metrdir. Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü tikilib, 109-u yolda, 63-ü yanaşma yollarda olmaqla 172 suötürücü boru qoyulub və digər infrastruktur işləri görülüb. Bütün bunlar ətraf kəndlər də daxil olmaqla bu istiqamətdə yerləşən rayonların əhalisinin daha rahat və təhlükəsiz hərəkətinə geniş imkanlar açıb.

AzNews.az