NATO Rusiyanın işğalını peykdən sübut etdi - Foto

28 Avqust 2014 21:22 (UTC+04:00)
Şimali Atlantik Alyansı Rusiyanın Ukraynaya qarşı işğalını sübut edən diqqət çəkən görüntülər açıqlayıb.

Axar.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, NATO peykdən əldə olunan görüntülərdə Rusiyanın qonşu Ukraynanı işğal etdiyini ictimailəşdirib.

Qurumun mətbuat katibi Ona Lunqesku Tvitter səhifəsində rus tankları və ağır silahlarının Ukrayna ərazisində sərbəst dolaşdığını, hərəkət etdiyini təsdiqləyən materiallar yerləşdirib.

Onun sözlərinə görə, Kremlin əsas hədəfi münaqişəni dondurmaqla bu regionda uzun müddətə gərginlik yaşatmaqdır.



AzNews.az