BMT TŞ təcili iclas keçirəcək

28 Avqust 2014 21:58 (UTC+04:00)
BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya etdiyi təcavüz səbəbindən təcili iclas keçirəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının Britaniyadan olan nümayəndəsi Mark Layall Qrant məlumat verib.

BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması təşəbbüsünü Ukrayna baş naziri Arseni Yatsenyuk irəli sürüb.

Qeyd edək ki, Ukraynanın şərqində gedən döyüşlərdə son günlər separatçılar üstünlüyü ələ alaraq əks hücuma başlayıb.

Ukrayna separatçılar tərəfdə rus ordusunun döyüşdüyünü bəyan edir.

AzNews.az