Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

29 Avqust 2014 07:07 (UTC+04:00)


APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, Miyazaki şəhərindən 42 km aralıda, ocağı isə 22 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

AzNews.az