Quba sakini süni göldə boğuldu

29 Avqust 2014 07:29 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 28 avqust tarixində Quba rayonu, Susay kəndi ərazisində süni göldə batmış 1975-ci il təvəllüdlü Əkrəm Eldar oğlu Əhmədzadənin axtarışları başa çatıb. Ə.Əhmədzadənin cəsədi FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 23:55-də başa çatıb.

Amid
AzNews.az