Putinin separatçılara müraciəti - Tam mətn

29 Avqust 2014 07:35 (UTC+04:00)
və ukraynalı hərbiçiləri mühasirədən çıxarmağa çağırıb.


Anspress-in məlumatına görə, bu barədə cümə günü yayılan, Putinin Rusiya yönümlü yaraqlılara müraciətində deyilir.

Putinin müraciətinin tam mətnini təqdim edirik:

"Aydındır ki, müqavimət qüvvələri Donbas əhalisi üçün ölümcül təhlükə sayılan və artıq dinc əhali arasında çoxlu qurbanlara səbəb olan, Kiyevin güc təzyiqinə qarşı ciddi uğurlar əldə edib. Müqavimət qüvvələrinin fəaliyyəti nəticəsində hərbi əməliyyatlarda öz istəkləri ilə yox, əmr icra edərək iştrak edən çox sayda Ukrayna hərbiçiləri mühasirədə qalıblar. Mən müqavimət qüvvələrini mühasirədə qalan ukraynalı hərbiçilər üçün humanitar dəhliz açmağa çağırıram. Mənasız itkilərdən qaçmaq üçün onlara müharibə bölgəsindən maneəsiz çıxmağa şərait yaradılmalıdır ki, onlar da öz ailələri ilə görüşsünlər, onlar da yoldaşlarına, uşaqlarına analarına qayıtsın, dərhal hərbi əməliyyatlar zamanı yaralananlara tibbi kömək göstərilsin. Rusiya tərəfi öz növbəsində humanitar fəlakət yaşayan Donbas əhalisinə humanitar yardım göstərməyə hazırdır və bu belə davam edəcək. Mən bir daha Ukrayna hakimiyyətini təcili olaraq hərbi fəaliyyətdən əl çəkməyə, atəşi saxlamağa, Donbas nümayəndələri ilə danışıqlar masasına oturmağa və yaranmş bütün problemləri yalnız sülh yolu həll etməyə çağırıram".

Qeyd edək ki, Ukrayna, Aİ və ABŞ rəsmilərinin Rusiyanın Donbas münaqişəsində iştrak etdiyinə aid iddialarını Putin qəti surətdə təkzib edir.

AzNews.az