Obama Poroşenkonu “Ağ ev”ə dəvət etdi-Səfərin vaxtı bəlli oldu

29 Avqust 2014 09:31 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə Obama "Ağ ev"də ötən günki çıxışı zamanı bildirib.
B. Obama deyib ki, bu Poroşenkonun prezident seçiləndən sonra ABŞ-a ilk rəsmi səfəri olacaq.

Obama ABŞ-Ukrayna münasibətlərinə də toxunaraq, hazırkı vəziyyətdə birgə fəaliyyətin zəruriliyini vurğulayıb.

ABŞ prezidenti çıxışında Rusiyanı sərt tənqid edərək, Moskvanı Ukraynaya qarşı güc tətbiq etməkdə ittiham edib: "Rusiya bu gün özünü "soyuq müharibə" dövründəki vəziyyətdən də daha pis təcrid halına salıb. Rusiya Ukraynadakı separatçılara təlim keçir, silahlandırır, maliyyələşdirir".

Onun sözlərinə görə, bunu peykdən çəkilən şəkillərlə də təsdiq edir ki, Donbasdakı separatçılara hərbi texnika Rusiyadan gəlir.
Digər məlumatda isə bildirilib ki, artıq Poroşenkonun səfər vaxtı haqda ilkin razılaşma əldə olunub. Ukrayna prezidentinin ABŞ-a rəsmi səfəri sentyabrın 18-də reallaşacaq.

Görüşdə ABŞ-Ukrayna münasibətləri ilə yanaşı Rusiyanın bu ölkəyə qarşı işğalçılıq siyasəti, o cümlədən rəsmi Kiyevə bu istiqamətdə veriləcək dəstək də müzakirə mövzusu olacaq.

Məhəmməd
AzNews.az