Erməni polis rəisi əsgər yeməyini oğurladı

29 Avqust 2014 09:58 (UTC+04:00)


APA - nın Ermənistanda nəşr olunan "Joxovurd" qəzetinə istinadən verdiyi xəbərə görə, polis rəisi yerli sakinləri və mağaza sahiblərini döyüş növbəsində dayanan hərbçilər üçün ərzaq və siqaret toplamağa çağırıb.

T. Petrosyan bildirib ki, toplanan ərzaq və siqaret məhsullarını cəbhə xəttində qulluq edən hərbçilərə şəxsən özü çatdıracaq. Lakin sonradan məlum olub ki, polis rəisi yığılan ərzaq və siqareti heç yerə göndərməyib və mənimsəyib.

Polis rəisi isə qəzetin sorğusuna cavabında hadisə baş verən vaxt məzuniyyətdə olduğunu deyib və digər sualları cavablandırmaqdan imtina edib.

AzNews.az