“Ağ Hotel Aqua Park”da əxlaqsızlıq yuvası

13 Sentyabr 2012 10:45 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Novxanıda yerləşən məşhur "Ağ Hotel Aqua Park"da əxlaqsızlıq yuvası aşkalanıb.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı kəndindəki "Ağ Hotel Aqua Park" otelində, orada işləyən Gülbahar Əlizadə əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

İlkin
AzNews.az