Bakıda ustanı elektrik cərəyanı vurdu

29 Avqust 2014 10:37 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 28-də Mingəçevir şəhər sakini Elşən Piriyevi Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində təmir işləri apardığı evdə elektrik cəryanı vurub.

Həkimlərin səyinə baxmayaraq, mərhumun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Amid
AzNews.az