İki aylıq körpənin oğurlanmasını xüsusi qrup araşdıracaq - VİDEO

29 Avqust 2014 10:47 (UTC+04:00)

Məlumata görə, qrupa Sumqayıt şəhər Polis İdarəsinin dörd bölməsinin hər birindən iki əməkdaş cəlb olunub.

Xatırladaq ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum qadın tərəfindən oğurlanıb.

Fakta görə Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə başlanıb, istintaq tədbirləri davam etdirilir.



AzNews.az