Biri sudan, digəri isə yeməkdən dünyasın dəyişdi

29 Avqust 2014 10:53 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 28-də Quba rayonunun Alpan kənd sakini Hikmət Əhmədzadə Dağ-Susay kəndindəki göldə çimərkən suda boğulub.

Digər bir bədbəxt hadisə isə Bakının Suraxanı rayonunda baş verib. Suraxanı qəsəbə sakini Rəvanə Əliyeva evində qidadan zəhərlənib. Həkimlərin səyinə baxmayaraq, mərhumun həyatın xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırmaya başlanılıb.

Amid
AzNews.az