Ziya Məmmədovun qardaşı qızının ölümü ilə bağlı açıqlama-DİN

29 Avqust 2014 11:00 (UTC+04:00)


AzNews.az DİN-nin saytına istinadən xəbər verir ki, avqustun 28-də saat 01:00 radələrində Xaçmaz rayonu ərazisində Quba şəhər sakini Ramiz Almazov idarə etdiyi "KİA" markalı avtomobili at arabası ilə tokkuşub. Nəticədə eyni istiqamətdə hərəkətdə olan Köhnə-Xaçmaz kənd sakini Məhərrəm Cəbiyevin idarə etdiyi "KamAZ" markalı avtomobil onun avtomobilinə dəyib. Hadisə zamanı R.Almazovun sərnişini - Bakı şəhər sakini Günay Ələsgərova hadisə yerində ölüb.

Hazırda faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

AzNews.az