Gülər Əhmədovanın köməkçisi Xədicə İsmayıldan yardım istədi -FOTO

29 Avqust 2014 11:05 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə məlumatı jurnalist öz "Facebook" səhifəsində bildirib.

Statusdan belə məlum olur ki, Ə. Şahidov Azərbaycanda insan haqlarına dair hazırladığı hesabatlarla bağli Xədicə İsmayıldan məsləhət və müəyyən təlimatlarin verilməsini xahiş edib:
"Əhməd Şahidovdan məktub almışam - insan haqları ilə bağlı bülleten göndərir. Üç dildə məlumat yayır özü də... Səfərlər, görüşlər, filan... Bu GONGO-ların işi belə olur da... Pul çox, geninə boluna xərcləyirlər. YAP-çı deputat köməkçisi necə insan haqları mövzusuna girişdi - araşdırma mövzusudur".

Qeyd edək ki, Gülər Əhmədovanın köməkçisi olmuş Ə. Şahidov bu ilin əvvəlində Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu (ADİHİ) adlı qurum yaradıb.



Azər
AzNews.az