Avropa komissarı Ştefan Füle Azərbaycana səfər edəcək

29 Avqust 2014 11:40 (UTC+04:00)


Bu barədə Trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Avropa komissarının Azərbaycana səfərinin məqsədi Bakıda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-formal görüşündə iştirak etməkdir.

Bu görüşün keçirilməsi təşəbbüsü ilə Azərbaycan tərəfi çıxış edib.
Ş.Fülenin Azərbaycan rəsmiləri ilə Aİ və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 8-də "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü ilə yanaşı, sentyabrda 9-da Bakıda "Şərq Tərəfdaşlığı" ölkələrinin energetika və iqtisadiyyat nazirlərinin də qeyri-formal görüşünün keçirilməsi planlaşdırılır.

AzNews.az