Yunanıstanda güclü zəlzələ - 5.7 bal

29 Avqust 2014 12:00 (UTC+04:00)


APA-nın "Reuters"ə istinadən xəbərinə görə, zəlzələ paytaxt Afinadan 128 km cənubda yerin 112 km dərinliyində qeydə alınıb. Təkanlar paytaxt Afinada hiss olunub. Ölən və yaralananlar haqqında hələ ki məlumat verilməyib.

Qeyd edək ki, 1999-cu ildə Afina yaxınlığında baş verən 5,9 bal gücündə zəlzələ zamanı 143 nəfər həlak olub.

AzNews.az