Azərbaycandakı erməni əsir 3-cü ölkəyə verildi

29 Avqust 2014 14:04 (UTC+04:00)


"Qafqazinfo" Ermənistan KİV-nə istinadən xəbər verir ki, İnciqulyan üçüncü ölkəyə avqustun 26-dan göndərilib. Akopun qardaşının sözlərinə görə, 2014-cü ilin martından qardaşının işi BMT-nin səlahiyyətlərinə daxil edildi. Qardaşının üçüncü ölkəyə təhvil verilməsindən isə dünən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyi vasitəsilə xəbər tutduğunu bildirib.

AzNews.az