BMT Ukraynadakı qaçqınların sayını açıqladı

29 Avqust 2014 14:27 (UTC+04:00)


AzNews.az xəbər verir ki, BMT-nin hesablamalarına görə, münaqişə başladığı dövürdən avqustun sonuna qədər olan dövr ərzində Donetsk və Luqansk vilayətlərindən 415 min insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Bu məcburi köçkünlər separatçıların və Ukrayna hökumət qüvvələrinin hərbi əməliyyatlarından qorunmaq üçün evlərindən çıxıblar.

BMT-dən bildirilib ki, döyüşlərdə ölənlərin sayı isə ümumilikdə 2593 nəfərdir. Son bir ayda ölənlərin sayının artması isə avqustda əməliyyatların intensivləşməsidir.

Məhəmməd
AzNews.az