6 yaşlı qızı diri-diri basdırdılar

29 Avqust 2014 16:57 (UTC+04:00)
Hindistanın Uttar-Pradeş ştatında polis 6 yaşlı qıza hücum edən və onu diri-diri dəfn edən cütlüyü axtarır.

ANS PRESS-in məlumatına görə, cinayətdə qurbanın valideynləri qonşularından şübhələnirlər. Təsadüfi şahidlərin sayəsində uşağı xilas etmək mümkün olub.

Qızın dayısının sözlərinə görə, onların ailəsiylə qonşuluqda yaşamış ər-arvad onu oğurlayıb. Cinayətkar cütlük uşağa deyib ki, anası onlara onu başqa kənddə yarmarkaya aparmağı xahiş edib. Onlar şəkər çuğunduru sahəsinə çatdıqda qadın qızı boğmağa çalışıb.

Yaxınlıqda işləmiş bir neçə insan qamış kolluğuna üç nəfərin girdiyini görüblər. Amma ondan sonra böyüklərin uşaqsız sahədən çıxdığını gördükdə şübhələri artıb. Hadisə yerinə gəldikdə onlar şüursuz halda olan qızı qazılmış çuxurdan çıxarıblar.

Hal-hazırda qızın həyatına heç bir təhlükə yoxdur. Qız artıq xəstəxanadan evə yazılıb.

Hərçənd, o, hələ heç nə xatırlamır, amma qonşuların şəkillərini ona göstərdikdə qız öz oğrularını tanıyıb.

"Tamamilə görünür ki, onu öldürmək istəyirdilər, amma niyəsini biz anlamırıq", - deyə polis nümayəndəsi bildirib.

AzNews.az