Qurban Qurbanov: “İnter“i müzakirə etməyə belə dəyməz

29 Avqust 2014 17:03 (UTC+04:00)
"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünün nəticələrini dəyərləndirib. Bu barədə AzNews.az klubun saytına istinadən məlumat verir.
Q.Qurbanov qeyd edib: "Təbii ki, püşkdə istənilən rəqiblə qarşılaşa biləcəyimizi gözləyirdik. Maraqlı qarşılaşmalar olacaq. "İnter"in dünya futbolunda mövqeyi bəllidir. Bunu müzakirə etməyə belə dəyməz. "Sent Etyen" Fransanın ən titullu komandasıdır. Cari mövsümə də olduqca yaxşı başlayıblar. "Dnepr" isə ötən mövsüm ən yaxşı dönəmini keçirib. Hazırda da çempionatda xal itirməyiblər. Bizim üçün yaxşı təcrübə olacaq".
Baş məşqçi bildirib ki, "Qarabağ"ın keçirəcəyi qarşılaşmalar azarkeşlər və futbol ictimaiyyəti üçün yaddaqalan olacaq.

AzNews.az