Şəkidə Moto festivalın açılış mərasimi keçirildi - FOTOLAR

29 Avqust 2014 20:53 (UTC+04:00)
Şəkidə Qafqazda ilk dəfə keçirilən Moto festivalın ("CAUCASUS" motofestival-2014) açılış mərasimi keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəkidə Qafqazda iki dəfə keçirilən moto festifal "Baku HOG Azerbaijan", "CAUCASUS MOTO FESTİ Harley Devidson", Şəki Şəhər İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Açılış mərasimindən öncə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festival iştirakşıları XIX əsrə aid tarixi-memarlıq abidəsi olan "Aşağı Karvansara" kompleksinin həyətində təşkil edilmiş sərgi-yarmarkasına baxış keçiriblər. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunub. Proqrama uyğun olaraq, festival iştirakçıları sonra şəhər stadionunda çövkən milli oyunu üzrə yarışı və motosikletlərin şousunu izləyiblər. Daha sonra festifal iştirakçıları "Aşağı Karvansara" kompleksində təşkil olunmuş aşılış mərasiminə qatılıblar.

Festifalın rəsmi açılış mərasimdən sonra festival iştirakçıları möhtəşəm konsert proqramına baxıblar. Qeyd edək ki, Şəkidə keçirilən Qafqazın ilk Moto Festivalı telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum gününə təsadüf edir. Festivalda Azərbaycanın və ondan çox xarici ölkələrin baykerləri iştirak edirlər. Proqrama uyğun olaraq Moto Festifal avqustun 30-u və 31-i tarixlərində davam etdiriləcək. Avqustun 30-u şəhər sakinləri və qonaqlar festifal çərşivəsində motosiklet şousunu və baykerlərin paradını izləyəcəklər.

AzNews.az