ABŞ müdafiə naziri Tiflisə gedir

30 Avqust 2014 07:50 (UTC+04:00)


AzNews.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Pentaqondan bildirilib ki, səfər zamanı nazir gürcü həmkarı İrakli Alasaniya və ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.

Görüşlərdə regiondakı vəziyyət, ABŞ-Gürcüstan hərbi əməkdaşlığı, o cümlədən Ukraynadakı son vəziyyət müzakirə mövzusu olacaq.

Pentaqondan qeyd olunub ki, bu Çak Heygelin ABŞ müdafiə naziri kimi Gürcüstana ilk səfəri olacaq.

Məhəmməd
AzNews.az