Şəkidə 15 yaşlı qızı ilan sancdı

30 Avqust 2014 08:22 (UTC+04:00)


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Şorsu kəndində baş verib.

1999-cu il təvəllüdlü Aygün Elyar qızı Dəmirova yaşadığı evin həyətyanı sahəsində gəzərkən onu qəfildən ilan sancıb. O, dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Şəki MRX-dan APA-ya verilən məlumata görə, ilan Aygün Dəmirovanın sol ayaq nahiyəsindən sancıb. Ona lazımi tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-stabil hesab edilir.

AzNews.az