Qubad İbadoğlu opponentlərinə ismariş göndərdi - Açıqlama

30 Avqust 2014 10:15 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının üzvü, başqanlığa iddalı Qubad İbadoğlu deyib.

O bildirib ki, başqanlığa digər iddialı şəxslərin qərarları gözləyir.
"Əgər Arif Hacılı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsindən istefa verməsə namizədliyinizi irəli sürəcəksinizmi?" sualına Q. İbadoğlunun cavabı belə olub: "Onun da mənim də zamanım var. Odur ki, bərabər statuslarla seçkiyə qatılacağımız zamanı gözləyirəm. Bu bərabər hüquqlarla seçki təminatinin ən ilkin şərtidir".

Qeyd edək ki, Q. İbadoğlu Müsavat Partiyası başqanlığı uğrunda gedən mümarizəyə görə Divan üzvlüyündən istefa verib.

Bahar Rüstəmli
AzNews.az