Azərbaycan dəmiryolçuları gürcüstanlı həmkarlarını məğlub edib - FOTO

30 Avqust 2014 18:40 (UTC+04:00)
Bu gün Azərbaycan və Gürcüstan dəmiryolçularının komandaları arasında "Dostluq" kuboku uğrunda, mini futbol yarışı keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən "Lokomotiv" İstirahət Mərkəzinin stadionunda keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib.

Qarşılaşma Azərbaycan dəmiryolçularının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yarışın sonunda qaliblərə kubok və mükafatlar təqdim olunub.




AzNews.az