Azərbaycanlı qız rusları vahiməyə saldı

31 Avqust 2014 16:14 (UTC+04:00)


AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, sərnişinlər təyyarənin göyərtəsində olduğu zaman xoşagəlməz hadisə baş verib.

"Sərnişinlər eşidiblər ki, Azərbaycan vətəndaşı olan 21 yaşlı qız kiməsə telefonla təyyarəni partladacağını dedi. İnsanlar qorxdular və dərhal bu barədə stüarda məlumat verdilər", - deyə, Rusiya DİN-nin Sibir Federal Dairəsinin Terrorizm İdarəsindən bildiriblər.

Bundan sonra, polislər sərnişinlərin özləri ilə götürdükləri bütün yükləri yoxlayıblar və buna görə də, təyyarənin uçuşu 2 saat gecikib.

Düzdür, sonradan qız polisə bildirib ki, sərnişinlər onu düzgün başa düşməyiblər.

O deyib ki, telefonla bacısı ilə mübahisə edirmiş və bu zaman əsəbi halda belə cümlə işlədib.

AzNews.az