Bu rayonlarda qaz fasilələrlə veriləcək

1 Sentyabr 2014 08:02 (UTC+04:00)


"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, qaz nəqli şəbəkəsində quraşdırma işlərinin aparılması ilə əlaqədar 01.09.2014-cü il tarixdən 03.09.2014-cü il tarixədək Şamaxı şəhəri də daxil olmaqla rayonun bir hissəsinə və Qobustan rayonunun Xilmilli kəndinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

AzNews.az