Bakıda xəstəxanada bədbəxt hadisə

1 Sentyabr 2014 11:50 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 21-də Bakı şəhər sakini Bəxtiyar Talıbov Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətində yıxılıb. Ağır zədə almış B.Talıbov sözügedən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, mərhumun həyatını xilas etmək mümkün olmayıb.

AzNews.az