Səxavət Əlisoy başqanlığa namizədliyini niyə rəsmiləşdirmir –Səbəb

1 Sentyabr 2014 11:58 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanı vəzifəsinə iddialı olan Səxavət Əlisoy deyib.

O bildirib ki, namizədliyini irəli sürmək üçün 17 günlük müddət var.

S. Əlisoyun sözlərinə görə, namizədlərin qeydiyyatı prosesi üç gündür başlayıb.

Qeyd edək ki, hələlik Müsavat Partiyasının başqanı postuna rəsmi olaraq namizədliyini Divan üzvü Tural Abbaslı sürüb.

Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və partiya üzvü Qubad İbadoğlu namizədlik üçün müraciət edəcəklərini də açıqlayıblar.
Müsavat Partiyası isə qurultayı sentyabrın 27-də keçirməyi planlaşdırır.

Bahar Rüstəmli
AzNews.az