Putin Ermənistanla bağlı sərəncam verdi

1 Sentyabr 2014 16:55 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı sazişin imzalanmasını məqsədəuyğun sayıb.

V. Putin bununla bağlı müvafiq sərəncam imzalayıb.

Rusiya prezidenti həmin sazişi dövlət başçıları səviyyəsində keçiriləcək Avrasiya İqtisadi Şurasının iclası zamanı imzalamağı tapşırıb.(APA)