Teleaparıcı Leyla Quliyeva “Eurovision”dan uzaqlaşdı - EKSKLÜZİV

13 Sentyabr 2012 15:24 (UTC+04:00)
Tanınmış teleaparıcı Leyla Quliyeva "Eurovision Azerbaijan"ın təşkilat komitəsindən uzaqlaşıb. Bu barədə AzNews.az-a teleaparıcı özü danışıb. O, bildirib ki, bu ildən etibarən müsabiqənin proseslərində iştirak etməyəcək:

"Bəli, "Eurovision"a aidiyyətim yoxdur. Buna səbəb ailəm deyil. Heç ailəmin buna aidiyyəti də yoxdur. Bu ilə qədər ailəli olanda da, ailəli olmayanda da hər zaman "Eurovision"da iştirak etmişəm. Bu, şəxsi bir istəkdir".

L.Quliyeva onu da qeyd edib ki, hazırda İctimai televiziyada yayımlanan "Yeni gün" verilişində çalışır və həftədə iki dəfə səhər şousunda aparıcılıq edir:

"İki saat canlı yayımda biri-birindən maraqlı qonaqlarla, musiqilərlə, xoş təəssüratlarla tamaşaçıların yeni gününə müsbət enerji bəxş etməyə çalşırıq".

Fuad Mədətov
AzNews.az