Motosiklet avtomobillə toqquşdu- sürücü öldü

4 Sentyabr 2014 10:49 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 3-də saat 18 radələrində Neftçala rayonunun Bankə qəsəbəsində qəsəbə sakini Rahim Hadıyevin idarə etdiyi "VAZ-21063" markalı avtomobillə Şirvanlı kənd sakini Hafiz Məcidovun idarə etdiyi "İJ-Yupiter" markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü H.Məcidov hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az