VHP sədri səfirlə görüşdü

4 Sentyabr 2014 11:12 (UTC+04:00)


Partiyanın Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı siyasi, iqtisadi, dini və mənəvi əlaqələrin genişlənməsində siyasi partiyaların, ziyalıların, millət vəkillərinin və QHT-lərin rolundan danışılıb.

Sabir Rüstəmxanlı rəhbərlik etdiyi partiyanın, Dünya Azərbaycanlıları Konqresinin (DAK) fəaliyyəti və Azərbaycan diaspor təşkilatlarının gördüyü işlər, həmçinin İslam Konfransı Təşkilatının Parlament İttifaqındakı (İKT Pİ) fəaliyyəti barədə səfirə məlumat verib. VHP sədri həmçinin bölgədə müsəlman dünyasını narahat edən qanlı olayların qarşısının alınmasında bütün İslam ölkələrinin birgə səy gəstərməsinin vacibliyini vurğulayıb.

Səfir isə öz növbəsində son illərdə hər iki ölkə arasında siyasi, mədəni, xüsusilə iqtisadi əlaqələrin daha da genişləndiyini deyərək, bu sahədə böyük imkan və perspektivlərin olduğunu söyləyib.


AzNews.az