Tunel uçdu- 34 işçi mədəndə qaldı

5 Sentyabr 2014 12:15 (UTC+04:00)
Bosniyanın Zeniça şəhərində kömür mədənində qəza baş verib. Mədənçilərin həmkarlar ittifaqının məlumatına görə, qaz partlayışı nəticəsində iki tunel uçub və mədənçilərin kömür mədənindən çıxmasına əngəl törədib.

Qaz partlayışına isə, öz növbəsində, Zeniça şəhərində baş verən zəlzələ səbəb olub.

Mədən işçilərinin yerin təxminən 500 metr dərinliyində qaldığı bildirilir. Axtarış-xilasetmə işləri aparılır.

Mədən işçilərinin hamısının sağ olduğu və hələlik nəfəs almaq üçün hava ehtiyatlarının olduğu xəbər verilir.

AzNews.az