İrandakı soydaşlarımıza Azərbaycan vətəndaşlığı verilməlidir- Təklif

8 Sentyabr 2014 11:59 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, bu təşəbbüslə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan şöbəsinin müdiri Sayman Aruz Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə "Yaxın şərqdə baş verən problemlər: Güney Azərbaycandakı son durum" mövzusunda keçirilən dəyirmi masada çıxış edib.

Onun sözlərinə görə, soydaşlarımızın Azərbaycan Respublikasında iş və təhsillə bağlı yaranan problemlərinin aradan qaldırılması baxımından bu, çox önəmlidir:
"Xalqımız orada təklənib. Burada onların bu problemi öz həllini tapmalıdır. Təəssüf ki, Azərbaycanda cənubdakı soydaşlarımıza laqeyd münasibət var. Mətbuat da bu mövzuya az yer ayırır. Bunun qarşısını almaq lazımdır. Bele davam etsə cənubdakı soydaşlarımızı daha ağır tale gözləyir"



Azər
AzNews.az