Azərbaycanlı modelin həyat yoldaşını serialdan uzaqlaşdırdılar

14 Sentyabr 2012 10:11 (UTC+04:00)


Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolga Karelin adı, çəkiləcəyi serialdan çıxarılıb. Serialdan çıxarılma səbəbi isə Kıvanc Tatlituğun Tolga ilə eyni filmdə çəkilmək istəməmsidir.

Tolganın isə məsləyə münasibəti belə olub: "Mən də eşitdim bu haqda . Amma mövzu haqqında istehsal şirkətinin də şərh etməsini gözləyərdim. Beş il boyunca "Yaprak tökümü"ndə yaxşı bir performans sərgiləmişdim. Sonra da məni lazımsız bir əşya kimi atdılar qırağa. İstənməyən biri kimi göstərdilər".

Qeyd edək ki, Tolga Karel "Kuzey Güney" serialında Güney obrazında çəkiləcəkdi. Hal-hazırda isə Güneyi keçən il "Fatmagülün Suçu Ne" serialındakı Vural obrazı ilə diqqət çəkən Buğra Gülsoy canlandırır.

Əminə
AzNews.az