Yunanıstanda rus turist avtobusu qəzaya uğradı

14 Sentyabr 2012 10:14 (UTC+04:00)

Yunanıstanda rus turistlərin olduğu avtobus qəzaya uğrayıb. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, 4 nəfər həlak olub 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yol qəza hadisəsinin Yunanıstanın şimalında, Salonik şəhəri yaxınlığında baş verdiyi bildirilir. Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Qeyd edək ki, son zamanlar analoji yol qəza hadisələri Misir və Türkiyədə tez-tez yaşanır.

Sadiq
AzNews.az