Metropolitendə dəyişiklik olacaq
14 Sentyabr 2012 10:17 (UTC+04:00)
Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı Metropolitenində qatarların payız cədvəli üzrə hərəkətinin təşkilinə baxılacaq
Bakı Metropolitenin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bununla əlaqədar sentyabrın 17-dən qatarlar arasındakı məsafədə bəzi dəyişikliklər ediləcək.
Yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə qatarlar arasında məsafə gur saatlarda 2 dəqiqəyə qədər azaldılacaq. Buna uyğun olaraq, "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkətedən qatarlarda bu müddət iki dəfə artıq, yəni 4 dəqiqə təşkil edəcək.
İlkin
AzNews.az