Biləcəridə tıxac

9 Sentyabr 2014 08:23 (UTC+04:00)


AzNews.az xəbər verir ki, hər gün olduğu kimi bu gün də şəhərə gələn bəzi yollarda tıxaclar yaranıb.

Bakı Beynəlxalq Avtovağzalı dairəsində və şəhərə doğru istiqamətdə uzun tıxac var. Sərnişinlərə görə, tıxaca səbəb avtobusların dayanacaqlardan kənarda saxlaması və taksilərin yol kənarlarında, avtobuslara məxsus dayanacaqlarda dayanmasıdır.

Tıxacın aradan qaldırılması üçün hadisə yerinə adətən olduğu kimi bu gün də nə nəqliyyat müfəttişləri, nə də yol polisi əməkdaşları gəlib.


AzNews.az